Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fərdi evlərin sənədləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov FEDaz-a bildirib ki, hazırda Əmlak Məsələləri Dölət Komitəsi tərəfindən sənədsiz elərin sənədləşdirilməsi ilə bağlı işlər aparılır. Xarici təcrübə öyrənilir, və artıq vətənaşların istifadəsində olan özbaşına inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib: «Ölkə rəhbərliyinin diqqəti və tapşırığı nəticəsində artıq işçi qrup yaradılıb, yerlərdə isə yerli icra hkimiyəti qurumları bələdiyyələ və digər dövlət qurumlarını iştirakı ilə işçi komissiyalar yaradılıb.

Komitə tərəfindən Torpaqların Elektron Uçot Sistemi yekunlaşmış rayonlarda özbaşına tikililər barədə məlumatlar artıq işçi qruplara təqdim edilb və hazırda bu məlumatların dəqiqləşdirilməsi ilə bağlı niventarlaşma işləri aparılır».

Q.Xəlilov bildirib ki, hazırda fərdi evlərin sənədləşməsi ilə bağlı aparılan işlər bunlardan ibarətdir: «Bu məlumatlardan əlavə mənim adımdan yayılan məlumatlar həqiqətə uyğun deyil».