Bu ilin I yarısında Azərbaycanda İcbari Sığorta üzrə 119 mln 544 min manat sığorta haqqı toplanıb.

FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.14% çoxdur.

Son 1 ildə bu sığorta növündə ödənişlər isə 11.29% artaraq 35 mln 833 min manat təşkil edib.