Bu il yanvarın 1-nə olan vəziyyətə görə, “Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu öhdəliklərinin 95%-i uzunmüddətli, 5%-i isə qısamüddətli olub.

Bu nisbət ötən il yanvarın 1-nə 93,7% – 6,3% təşkil edib. Başqa sözlə, 2018-ci ildə sığorta sektorunda uzunmüddətli öhdəliklərin xüsusi çəkisi artıb, qısamüddətli öhdəliklərin xüsusi çəkisi isə azalıb.

Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Uzunmüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 90-100% arasında, 4 şirkətdə 80-90% arasında, 2 şirkətdə isə 70-80% arasındadır. Başqa sözlə, qısamüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 0-10% arasında, 4 şirkətdə 10-20% arasında, 2 şirkətdə isə 20-30% arasındadır.

“Naxçıvan Sığorta” öhdəliklərinin tərkibini açıqlamayıb.

Sığorta şirkətinin adı

Şirkətin öhdəliklərində

Uzunmüddətli öhdəliklərin payı Qısamüddətli öhdəliklərin payı
1

Atasığorta

99,9% 0,1%
2 A-Qrup Sığorta 99,8%

0,2%

3

Amrah Sığorta

99,5% 0,5%
4 İpək Yolu Sığorta 99,4%

0,6%

5

Xalq Sığorta

99,4% 0,6%
6 Atəşgah Həyat Sığorta 98,0%

2,0%

7

Meqa Sığorta

97,7% 2,3%
8

Azsığorta

97,6%

2,4%

9 AXA Mbask 97,5%

2,5%

10

PAŞA Həyat Sığorta

97,4% 2,6%
11 Azərsığorta 95,9%

4,1%

12

Rəvan Sığorta

94,3% 5,7%
13 Günay Sığorta 91,3%

8,7%

14

PAŞA Sığorta

90,4% 9,6%
15 Standard Insurance 89,8%

10,2%

16

Atəşgah Sığorta

88,9% 11,1%
17 Azərbaycan Sənaye Sığorta 84,9%

15,1%

18

Qala Sığorta

82,7% 17,3%
19 Bakı Sığorta 78,1%

21,9%

20

Qala Həyat Sığorta

76,2% 23,8%
21 Naxçıvan Sığorta Açıqlamayıb

Açıqlamayıb

 

Orta hesabla

95,0%

5,0%

@Renkinq