Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Trend-in Mərkəzə istinadən verdiyi məlumata görə, iclasın gündəliyində duran əsas məsələ Şuranın tərkibində dəyişikliklərin edilməsi olub. Belə ki, MDM-in üzvü olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Tələt Kalayev Şuranın üzvü, Əmanətlərin Sığortalanması Fondunun maliyyə direktoru Məmmədov Orxan Ələkbər oğlu müstəqil üzvü seçilib.

Qeyd edək ki, MDM-in Müşahidə Şurası beş nəfərdən ibarətdir və onun tərkibinə Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, Mərkəzin üzvlərinin iki nümayəndəsi və bir müstəqil üzv daxildir.