Latviyanın İaseva qəsəbəsi tezliklə şəhər statusu alacaq.

AZƏRTAC xəbər verir ki, şəhər bələdiyyəsi mayda əhali arasında sorğu keçirərək bu qərarın nəticəsini bildirəcək.

İaseva qəsəbəsi şəhər standartlarına cavab verir. Qəsəbədə 2 min insan yaşayır, təhsil və idman qurumları var, infrastruktur yüksək səviyyədədir, iş yerləri kifayət qədərdir.

Qəsəbə şəhər statusu alacağı təqdirdə, ərazisindən keçən şose yolu A7 Avropa dərəcəsi alacaq.