Bu ilin yanvarında 95 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olub.

Bu barədə  Türkiyənin Statistika İdarəsindən məlumat verilir. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 30 mənzil və ya 47% çoxdur.

Ümumilikdə isə ötən ay 3 200 xarici vətəndaş Türkiyədə mənzil alıb.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Yanvarda İraqlılar 605 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları hesabat ayında 305 mənzil satın alıblar. İlk üçlüyü isə Rusiya tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 195 mənzil əldə ediblər.

© Finans.az