Bakıda ən bahalı mənzillərin yerləşdiyi binalar məlum olub. «VECON» qiymətləndirmə şirkətindənFED.az-a verilən məlumata görə, bahalı mənzillər paytaxtda yeni tikilmiş və ya tikilməkdə olan yaşayış komplekslərində yerləşir.

Beləliklə, hesablamalara görə, hazırda ən bahalı mənzillər şəhərin mərkəzindəki «Hilton Hotel»də yerləşir. Məlumat üçün bildirək ki, bu tikili otel olsa da, onun bir hissəsi rezidensiya kimi istifadə olunur və yüksək qiymətə təklif edilir. Belə ki, «VECON»un FED.az-a verdiyi məlumata görə, burada mənzillərin bir kvadratmetrinin qiyməti 6 450 manatdır.

Qiymət yüksəkliyinə görə, ikinci pillədə «Port Baku Residence» dayanır. Vaxtilə «Paşa Konstrakşn» tərəfindən inşa edilmiş kompleksdə satışda olan mənzillərin  1 kvadratmetri 5 700 manatdır.

Üçüncü yeri «Azərsun Holdinq»in inşa etdiyi  «Gumush Residence» tutur – kvadratmetrin qiyməti 5 550 manat.

Qeyd edək ki, qiymətlər hesablanarkən mənzillərin tam təmirli olması variantı götürülüb.

Bakıda ən yüksək qiymətə mənzillər satılan digər binalar aşağıdakılardır:

1

“Hilton Hotel”

Səbail rayonu, Azadlıq pr, 1

6 450,00

2

“Port Baku Residence”

Uzeyir Hacıbəyov, 151

5 700,00

3

“Gumush Residence”

G. Seyidbəyli küçəsi, 122

5 550,00

4

“Clock Tower”

Bakıxanov küçəsi

4 800,00

5

“Şəhər bağları”

Nərimanov r-nu, Aşıq Alı küçəsi, 4

3 650,00

6

“Azinko” (Ferrari)

Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 5

3 450,00

7

“Gülüstan Residence”

Bülbül prospekti, 55

3 330,00

8

“Azure Residence”

Nobel Prospekti

3 250,00

9

“Roseville”

Nərimanov r-nu, K.Kazımzadə küçəsi, 30

3 150,00

10

“Crown City Residence”

Koroğlu Rəhimov küçəsi, 17-27

3 000,00