“Bitcoin”nin məzənnəsi son 24 saat ərzində 0,50% ucuzlaşaraq 3 402 ABŞ dolları olub.

Nəticədə kriptovalyutanın bazar dəyəri 59,624 mlrd. dollar təşkil edib. Ilk yüzlükdə qərar tutan kriptovalyutaların 50%-i dəyərdən düşüb. Rəqəmsal valyuta bazarının toplam həcmi 111,565 mlrd. dollar təşkil edib. “Ripple”ın məzənnəsi 0,37% azalaraq 0,291 dollar olub.

Altkoinin bazar dəyəri 12,016 milyard dollar həddində qərarlaşıb. “Ethereum” son sutkada 0,33% dəyər itirməklə 104 dolların altında mübadilə edilir. Bu kriptopulun kapitallaşması 10,994 milyard dollara düşüb.

@Fins.az