“Atəşhag Həyat Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni üzvlər seçilib.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qərar “Atəşgah Həyat Sığorta”nın səhmdarlarının yanvarın 16-da keçirilmiş növbədənkənar ümumi yığıncağınında qəbul edilib.

İH-nin yeni üzvləri Mahmud Mürsəl oğlu SəfərovXaqani Firdovsi oğlu Baxşəliyev və Yusif Rafiq oğlu İmamverdiyevdir. Onların şirkətdə uzun müddət çalışdıqları, eyni zamanda departament və idarə rəisi vəzifələrini tutduqları bildirilir.

Hazırda “Atəşgah Həyat Sığorta”nın İH-nə Azər Əmiraslan oğlu Əliyev sədrlik edir. Onun müavini isə Orxan Rasim oğlu Şirinlidir.