Bu gün ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayacaqdır.

 

“Marja” xəbər verir ki, Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 2 gün davam edən iclasının ardından Bakı vaxtı ilə saat 23:00-da faiz qərarı açıqlanacaqdır. Faizin 2,50% səviyyəsində saxlanacağı gözlənilir.

Fed sədri Cerom Pauel Bakı vaxtı ilə saat 23:30-da mətbuat konfransında danışacaqdır. Maliyyə bazarları Fed sədrinin açıqlamalarını səbirsizliklə gözlənilir. Çünki, investorlar 2019-da Fed-in hələ də iki dəfə faiz artırıb-artırmayacağından əmin olmaq istəyirlər. Bu baxımdan Cerom Pauelin bu gün verəcəyi açıqlamalar daha həlledici olacaqdır.

İnvestorların  Fed-in bir müddət faiz artırmağa fasilə verəcəyini gözləyirlər.
Lakin veriləcək mesajlar vəziyyəti dəyişə bilər. Əgər Fed rəsmilərinin, Dekabr ayında olduğu kimi, hələ də  2019-cu ildə 2 dəfə faiz artırılacağını gözlədikləri təkrarlanarsa Dolların qiymətində ciddi dəyişiklik gözlənilmir, ola bilsin ki, bir qədər də ucuzlaşsın. Əgər, Fed-in 2019-cu ildə 2 dəfədən çox faiz artıra biləcəyi mesajı verilərsə Dollar bahalaşa bilər.

Saat Valyuta Hadisə Proqnoz Əvvəlki
23:00   USD Federal Açıq Bazar Komitəsinin (FOMC) Bəyanatı    
23:00   USD Federal Faiz Nisbəti 2,50% 2,50%
23:30   USD FOMC Mətbuat Konfransı