Azərbaycanda bələdiyyələrin balansında olan torpaqlara mülkiyyət sənədi veriləcək. Fins.az-ın Movqe.az-a istinadən məlumatına görə, barədə məlumatı Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının rəhbəri Hümbət Hüseynov verib. H. Hüseynov bildirib ki, bununla bağlı Dövlət Əmlak Komitəsinə müraciət edilib: “Bu ilin sonuna kimi sğz veriblər ki, bələdiyyələrin balansında olan torpaqlara mülkiyyət sənədi verilsin. Bu sənədin verilməsi çox vacibdir. Bu sənəddən sonra bələdiyyələrlə mübahisəli torpaq sahələri məsələsinə bir aydınlıq gətiriləcək”.
YENI TİKİLİLƏR, TƏKRAR BAZAR, TORPAQ SAHƏLƏRİ
Bələdiyyə torpaqlarına mülkiyyət sənədi veriləcək
Tarix: 10.08.15 [15:43]
Oxunub: 177