Bu ilin noyabr ayında 144 nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzilə sahib olub.

Bu barədə FED.az Türkiyənin Statistika İdarəsinə istinadən məlumat verir. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 82 mənzil və ya 132% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında isə 1 084 nəfər Azərbaycan vətəndaşı qardaş ölkədə mənzil və əmlaka yiyələniblər. Bu isə ötən ilin 11 ayı ilə müqayisədə 233 mənzil və ya 27,7% çoxdur.

Ümumilikdə isə ötən ay 4 718, bu ilin yanvar-noyabr aylarında isə 35 430 xarici vətəndaş Türkiyədə mənzil alıb.

Ən çox mənzil alan xarici vətəndaş arasında İraqlılardır. Noyabrda İraqlılar 1 003, bu ilin 11 ayında isə 7 308 mənzil əldə ediblər. Sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları noyabrda 674, yanvar-noyabr aylarında isə 3 217 mənzil satın alıblar. İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 233 mənzil, bu il ərzində isə 2 450 mənzil əldə ediblər.

 

Mənbə