Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində kredit portfelinin payı 60%-dən çoxdur.

 

Həmin banklar “Premium Bank”, “NBC Bank”, “Atabank”, “Muğan Bank”, “Günay Bank”, “Bank of Baku” və “Access Bank”dır.

 

Qalan 23 bankdan 11-də kredit portfelinin aktivlərə nisbəti 40-60% arasında, 10 bankda 20-40% arasında, 2 bankda isə 28%-dən azdır.

 

Hesabat tarixinə, bank sektoru üzrə orta nisbət isə 35,1% təşkil edib.

 

Bankın adı Bankın aktivlərində

kredit portfelinin

payı

1 Premium Bank 90,1%
2 NBC Bank 69,8%
3 Atabank 69,1%
4 Muğan Bank 67,1%
5 Günay Bank 66,0%
6 Bank of Baku 64,1%
7 Access Bank 62,0%
8 Unibank 59,6%
9 Xalq Bank 58,8%
10 Turan Bank 56,4%
11 Bank BTB 55,9%
12 Amrah Bank 51,1%
13 Azər-Türk Bank 48,7%
14 AGBank 46,9%
15 Express Bank 46,6%
16 Bank Avrasiya 45,9%
17 Nikoyl Bank 45,3%
18 Zıraat Bank Azərbaycan 43,6%
19 Rabitəbank 39,0%
20 Bank VTB Azərbaycan 38,4%
21 AFB Bank 34,9%
22 Naxçıvan Bank 34,6%
23 Kapital Bank 34,0%
24 Bank Respublika 29,4%
25 Azərbaycan Sənaye Bankı 27,9%
26 PAŞA Bank 26,4%
27 Yapı Kredi Bank Azərbaycan 25,4%
28 Azərbaycan Beynəlxalq Bankı 20,4%
29 Pakistan Milli Bankı – Bakı 11,1%
30 İran Milli Bankı – Bakı 3,1%
  Orta hesabla 35,1%

 

 

 

© Renkinq