Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan Modern.az-a bildirilib ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun xətti ilə indiyədək 24 min 871 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 191 milyon 619 min 178 manatdan çoxdur.