Hedc fondu rəhbəri  Paul Tudor Jones, düşən əmtəə qiymətlərinin yavaşlayan iqtisadiyyatı təhdid etməsi səbəbindən ABŞ Mərkəzi Bankının (Fed) 2019-da böyük bir ehtimalla faiz artırmayacağını bildirib.
Marja” xəbər verir ki, Jones, CNBC-yə verdiyi müsahibəsində “2019-da faiz artırımına gedəcəklərini düşünmürəm”,- deyib.
Əmtəə qiymətlərinin aşağı düşməsin iqtisadiyyat üzərində deflyasiya təzyiqi yaratdığını qeyd edən Jones, “mən hər zaman əmtəə qiymətlərinə baxıram, çünki çox yaxşı göstəricidir”,- deyib.

Bazarların böyük bir ehtimalla gələn il “çox volatil” olacağını vurğulayan “Tudor Investment Corp“un banisi gələn il 10 faiz aşağı və ya 10 faiz yuxarı gedə biləcək bir bazar nəzərdə tutduğunu vurğulayıb.
Jones, “yəqin ki, böyük bir qlobal kredit “köpüyü” ilə üzləşirik” deyib.

Məşhur hedc fondunun rəhbəri, 2019-cu ildə yüksək bazar volatilliyinin uzunmüddətli mövqe tutan sərmayədarlardan daha çox treyderlərə fayda verəcəyini qeyd edib:

“Treyder olmaq üçün daha yaxşı bir zaman ola bilər. Həddindən çox qalxış-enişin yaşanacağı volatil bir dövr ola bilər”.

 

Jones, gələn ili, qlobal durğunluğu gətirən maliyyə böhranı öncəsi səhmlərin zirvəyə qalxdığı 2007-ci illə müqayisə edir:

“2007-də iqtisadiyyat dağılırdı, amma səhm bazarı Oktyabra qədər ecazkar performans göstərdi. Yenə elə bir ssenari yaşana bilərmi? Məncə, həqiqətən mümkündür”.