ABŞ Prezidenti Donald Trampın iqtisadi müşaviri Larry Kudlow, Fed-in Dekabr ayında ehtimal olunan faiz artırmasının ardından “bir müddət” fasilə verəcəyini gözlədiyini söyləyib.
Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed), iqtisadiyyatın həddindən artıq “qızmasının” qarşısını almaq üçün 2015-ci ilin Dekabr ayından bu yana səkkiz dəfə faiz artırıb. Artıq faiz neytral olaraq adlandırılan səviyyəyə yaxınlaşır.
Tramp aylardır Fed-in faiz artırmasını tənqid edir və Cerom Pauellı Fed sədri seçdiyi üçün peşman olduğunu bildirib.