İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan ilkin minimum satış qiyməti 43 347 manat təşkil edən qızıl-zinyət əşyalarının (ikinci əl) topdansatışı həyata keçiriləcək.

BOKT-dan  xəbər verilir ki, satışın keçirilməsi qaydası və satışda iştirak üçün ərizə forması aşağıdakı linkdə əldə edilə bilər: http: //www.azercredit.az/az/sale

Satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 9 dekabr 2018-ci il, saat 18:00-dək cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/ S.vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisində təqdim edə və ya trustee@azercredit.az e-mail ünvanına göndərə bilərlər.

Satış dekabrın 11-də BOKT-un ünvanında baş tutacaq.

Mənbə: Report