İtaliyanın paytaxtı Romada 600-ə yaxın bələdiyyə əməkdaşı qaraçı mafiyasına məxsus villaların söküntüsünə başlayıb.

Trend-in məlumatına görə, şəhər rəhbərliyinin qərarına əsasən Kazamonika klanına məxsus 8 villa sökülür.

Prosesə Roma meri Virciniya Racci nəzarət edir.

Qeyd edək ki, Kazamonika klanına qarşı keçirilmiş əməliyyat nəticəsində 35 nəfər həbs olunmuşdu.