Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlara bilet plastik kartla əvəzlənib. Bu istiqamətə gedən sərnişinlər artıq plastik karta istədikləri qədər gediş yükləyə bilərlər. Nəticədə isə vətəndaşların bilet almaq üçün saatlarla gözləməsinə ehtiyac qalmır.

Bakı-Sumqayıt-Bakı qatarına minik artıq biletlə yox, kartla həyata keçiriləcək. Bununla da dəyəri 2 manat olan kartları əldə edən vətəndaşlar onun içərisinə istədikləri qədər gediş yükləyə bilərlər. Nəticədə isə hər zaman onların gediş üçün kassaya yaxınlaşıb bilet almasına ehtiyac qalmayacaq.

Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirir ki, bu kartların gələcəkdə bakı karta inteqrasiyası da mümkündür.

Qurumun nümayəndəsi onu da qeyd edir ki, plastik kartlar gələcəkdə Bakıda başqa istiqamətlərdə də istifadə oluna bilər.

Onu da qeyd edək ki, plastik kartlardan vətəndaşlar artıq bu gündən istifadə edə bilərlər.