Bu ilin altı ayında dövlət bücəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna 50 milyon manat vəsait ayrılıb.

Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, göstərilən müddətdə banklar tərəfindən 117 min 400 manat kredit verilib.

Kreditlər üzrə orta faiz dərəcəsi 6,60 faiz təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 6,67 faiz idi.

Müqayisə üçün bildirək ki, kreditlər üzrə aylıq ödəniş məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib. Əgər 2017-ci ilin iyun ayında kreditlər üzrə aylıq ödəniş 305 manat idisə, cari ilin müvafiq dövründə həmin rəqəm 335 manat olub.

Ümumiyyətlə, cari ildən başlayaraq, ipoteka kreditləri üzrə aylıq ödənişin məbləği artıb.