Nyu-York Fond Birjasının (NYSE) baş əməliyyat direktoru Steysi Kanninqhem mayın 25-dən “NYSE Group”un prezidenti vəzifəsini icra edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, birjanın 226 illik tarixində qadının ona rəhbərlik etməsi ilə bağlı ilk haldır.

“NYSE Group”un hazırkı prezidenti Tomas Farli isə bundan sonra şirkətlərin birləşməsi üzrə ixtisaslanmış kommersiya qurumuna rəhbərlik edəcək. “Far Point” adlanacaq qurumun məqsədi maliyyə texnologiyaları üzrə startapların maliyyələşdirilməsi üçün 400 mln. dolların cəlb edilməsi olacaq.

Qeyd edək ki, ABŞ-ın əhəmiyyətinə görə II birjası sayılan NASDAQ-ın da rəhbəri qadındır. Bu maliyyə qurumuna 2017-ci ildən Adena Fridman rəhbərlik edir.