Avropa Statistika İdarəsi (Eurostat) şəhərlərin təmizliyi ilə bağlı sorğunun nəticələrini dərc edib.

AZƏRTAC xəbər verir ki, 109 şəhərdə aparılan sorğunun nəticələrinə görə Roma ən aşağı pillədə yer alıb. Roma sakinlərinin yalnız 9 faizi öz şəhərini təmiz hesab edib.

Sorğuda paytaxt şəhərlərdən Lüksemburq 95 faiz səslə birinci olub, sonrakı yerlərdə isə Vyana, Lyublyana, Riqa və Helsinki qərarlaşıb. Bratislava, Sofiya, Buxarest, Madrid, Budapeşt, Afina, Berlin, Brüssel və Parisdə əhalinin yarıdan az hissəsi yaşadıqları şəhərlərin təmizliyindən razı qalıblar.