Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 25 yanvar – 01 fevral 2018-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın verilməsi üçün attestasiyanın keçirilməsi nəzərdə tutulur.

“Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 4 nəfər sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan şəxslər və 54 nəfər sığorta vasitəçisinin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.