Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar yeni paralimiya idman salonu inşa olunacaq.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokio körfəzi yaxınlığındakı Şinaqava rayonunda yerləşəcək birmərtəbəli yeni paralimpiya idman salonu 3 min kvadratmetr ərazini əhatə edəcək.

Yeni binanın maneələrsiz dizaynı fiziki imkanları məhdud insanların rahat hərəkətinə imkan yaradacaq.

Yeni idman salonunun bu il mayın sonlarınadək istifadəyə verilməsi nəzərdə tutulur.