Noyabr ayının 20-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Avropa valyutasının satışı dəyişməsə də alışı düşüb. Belə ki, avronun alışı 1.99 mnatdan 1.97 manata düşüb, satışı isə 2.00 manat təşkil edir.
Rus rublu isə bahalaşıb. Belə ki, rublun alışı 2.74 qəpikdən 2.80 qəpiyə qalxıb, satışı isə 2.80 qəpikdən 2.83-2.84 qəpiyə yüksəlib.Başqa sözlər, rubl1,4-2,1% bahalaşıb