ABŞ-ın nüfuzlu “JPMorgan Chase” investisiya bankı Türkiyə fond birjasındakı şirkətlərin səhmlərinə investisiyalarda “mövqeni azaltmaq” məsləhəti verib.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Ceyms Sallivanın (James Sullivan) rəhbərlik etdiyi “JPMorgan Chase”in strategiya mütəxəssisləri qrupu verib.
Bankın mütəxəssislərinin fikrincə, Türkiyə ilə yanaşı, Cənubi Afrika Respublikası, Meksika və Kolumbiya səhmlərində də mövqelərin azaldılması məsləhət görülür. Əksinə, Çin, C.Koreya, Braziliya, Rusiya və Peru şirkətlərinin səhmlərində mövqelərin artırılması tövsiyə olunub.
“JPMorgan Chase” mütəxəssisləri inkişaf etməkdə olan ölkələrin şirkətlərin səhmlərinin 2018-ci ildə 2 rəqəmli gəlir gətirəcəyini, “MSCI EM” indeksinin 1 300 bəndə çatacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, hazırda bu indeks 1 136 bənd təşkil edir.