San-Fransisko FED-in rəhbəri Con Uilyams (John Williams) 2017-ci ildə FED-in bir, 2018-ci ildə isə üç dəfə uçot dərəcəsini artırmasının doğru olacağını bildirib. “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu C.Uilyams San-Fransiskoda keçirilən konfransda bildirib. Lakin faiz artımları ilə bağlı qərarların sayının isə yenə də iqtisadi göstəricilərə bağlı olacağını deyib.
C.Uilyams faiz dərəcəsinin gec və ya tez 2,5% səviyyəsinə çatdırılmasının zəruri olduğunu vurğulayıb. Xatırladaq ki, San-Fransisko FED-in rəhbəri daha əvvəlki açıqlamalarında aşağı uçot dərəcəsinin FED üçün potensial monetar siyasət aləti olduğunu deyib.
C.Uilyams bir müddət sonra növbəti resessiyanın mümkünlüyünü bildirərək, FED-in təmkinli davranmasını vacib sayır.