Almaniya sığorta nəhəngi “Alliance”ın yeni rəhbəri açıqlanıb. Fins.az xəbər verir ki, məşhur sığorta markasının icraçı direktoru Andreas Gruber təqaüdə çıxır. Ona görə də yanvar ayının 1-dən etibarən onu bu vəzifədə Carsten Quitter əvəzləyəcək.
“Alliance”dan verilən açıqlamada, Carsten Quitterin İsveçrə, ABŞ və İtaliyada müxtəlif vəzifələrdə çalışdığı bildirilib. 2005-ci ildən etibarən“Alliance”da fəaliyyət göstərir. Qeyd edək ki, Quitter icraçı direktor olaraq sığorta brendinin bütün dünya üzrə portfelləri üçün aktiv öhdəliklərinin idarə edilməsi, strateji aktivlərin idarə edilməsi və investisiya strategiyasını müəyyən edəcək.