Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti “ipoteka götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin verdiyi  məlumata görə, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsinvəfat etməsi nəticəsində onun banka olan 30 207 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı banka ödənilib.Bununla da, vəfat edən müştərinin banka olan borcu tam sıfırlanıb.

 

E.Hüseynquluyev bildirirb ki,“PAŞA Həyat”tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 15 sığorta hadisəsinə görə ümumilikdə 353 719manatdan çox sığorta ödənişi verilib.

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.