20 Sentyabrda ABŞ Mərkəzi Bankı Fed-in növbəti toplantısı keçiriləcək. 

 

Marja” xəbər verir ki, Fed rəsmilərinin, Avqust ayında sürətlənmiş inflyasiyaya baxmayaraq faizləri artırmayacağı gözlənilir.  Rəsmilər inflyasiyanın sürətləndiyinə dair daha çox sübut görmək üçün gözləməyi üstün tutacaqlar.

Fed-in Çərşənbə günü faizləri 1-1.25% aralğında saxlayacağı gözlənərkən, 4.5 trilyon dollarlıq balansını azaltmağa başlayacağını bəyan edəcəyi gözlənilir. Balansın azaldılması addımı, bazarlarda yaxından izləməklə bərabər, istiqraz bazarlarında narahatlığa səbəb olub.

Ötən həftə açıqlanan inflyasiya göstəricisinə görə, istehlakçı qiymətləri Avqust ayında 1.7%-dən 1.9%-ə qalxıb. Bu, Federal Açıq Bazar Komitəsindəki “şahinlərə” (faiz artımağın tərəfdarı olanlara) bir az rahatlıq verib. Ancaq Fed rəsmilərinin, ölkədə beş ay ərzində aşağı qalan inflyasiya rəqəmləri nəzərə alındıqda, ani bir qərar verməyəcəkləri gözlənilir.

Fed, mərhələli faiz artırmaq planından geri çəkilməyə dair də heç bir işarə verməyib.

İnflyasiya məsələsində qeyri-müəyyənliyə baxmayaraq, Fed, balansı azaltmaq planlarını qətiyyətlə davam etdirir. Fed, Çərşənbə günü balansı azaltmaq prosesinin başlanğıc tarixini böyük ehtimalla açıqlayacaqdır. Əksər iqtisadçı, bu prosesin Oktyabr ayında başlayacağını gözləyir. Balansın azaldılması, dövriyyədəki Dollar kütləsinin bir hissəsinin yığılacağı deməkdir.

 

Fed faiz qərarını 20 Sentyabr, Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. 22:30-da Fed sədri Janet Yelen mətbuat konfransı keçirəcəkdir.