“İndiyədək təkamülünün bəlli bir mərhələsinə gəlib çatmış Azərbaycan icbari sığorta industriyası öz gələcək inkişaf yolunu hazırda hökm sürən mürəkkəb qlobal iqtisadi münasibətlər kontekstində davam etdirməli olacaq”.

 

APA-Economics” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun (İSB) dərc etdiyi yarımillik hesabatda qeyd edilib.
Sənəddə deyilir ki, son illər dünyada müşahidə olunan iqtisadi böhran beynəlxalq bazarlarda əmtəə qiymətlərinin qısa zaman kəsiyində kəskin enməsi və bu fonda regional valyuta kurslarının çökməsi ilə səciyyələnib: “Bundan təsirlənən əksər dövlətlər öz büdcələrini konsolidasiya etməli olub, bu isə regional miqyasda maliyyə bazarlarında əhval-ruhiyyənin korrektə edilərək həcmlərin kiçilməsini qaçılmaz edib. Ənənəvi maliyyə mənbələrinə çıxışın məhdudlaşdırılması maliyyə xidmətlərində dövriyyənin azalmasına gətirib çıxarıb, bu isə öz növbəsində maliyyə xidmətlərinin bir qolu olan sığortadan da yan keçməyib”.