Bakıda kommersiya obyektlərinin orta icarə haqqı1,66% – $7,83-dək artıb. Bu barədə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
«II rübdə paytaxtda icarəyə verilən qeyri-yaşayış obyektlərinin orta sahəsi 7,2% – 153,5 kvadratmetrədək artıb», – deyə məlumatda bildirilir.
İcarə məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində rayonlar arasında əsas paya 24,9%-ləNəsimi rayonu liderlik edir. Növbəti yerlərdə isə Yasamal və Xətai rayonları qərarlaşıb, müvafiq olaraq 17,7% və 14,3%. Ən az təklif Qaradağ və Xəzər rayonlarında qeydə alınıb. Ümumi təklif portfelinin 1,5%-i bu iki rayonun payına düşür.
İnterfax-Azərbaycan,fins.az
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Bakıda kommersiya obyektlərinin icarə haqqı bahalaşıb
Tarix: 18.08.17 [17:42]
Oxunub: 100