Almaniyada benzin və dizellə işləyən avtomobillərin istifadəsi qadağan oluna bilər.
AZƏRTAC xəbər verir ki, Almaniya kansleri Angela Merkel gələcəkdə benzin və dizellə işləyən avtomobillərin qadağan olunacağı mesajını verib. O, elektriklə işləyən avtomobillərə keçidin qüsursuz olmasının vacibliyi vurğulayıb.
Ötən dövrdə Fransa və İngiltərə elektriklə işləyən nəqliyyat vasitələrinə keçidi sürətləndirmək üçün 2040-cı ildən əvvəl benzin və dizelli avtomobillərin qadağan etməyi planlaşdırdıqlarını bildirmişdi. Ölkəsi üzərində artan təzyiqlər nəticəsində A.Merkel də benzin və dizel nəqliyyat vasitələrini qadağan etməyi düşündüyünü deyib. O, bu qadağanın nə vaxt olacağını deməyib, İngiltərə və Fransanın etdiyinin düzgün yanaşma olduğunu bildirib.
A.Merkel indiyə qədər bu mövzuda ən açıq fikrini söyləsə də, 800 mindən çox insanın məşğulluğunu təmin edən və siyasi nüfuza malik olan alman avtomobil sənayesinə bu yükü qoymaq məsələsində tərəddüdlü olduğu görünür.
Son dövrdə alman avtomobil sənayesini olduqca çətinə vəziyyətə salan dizel qalmaqalı ilə bağlı danışan A.Merkel deyib: “Avtomobil sənayesi buraxılan səhvlərin düzəldilməsini təmin etməlidir.
Kansler benzin və dizellə işləyən nəqliyyat vasitələrinin qadağasının müştərilər baxımından da əlverişli olduğunu deyib.