Türkiyə Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük razılaşması imzalamaq niyyətindədir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
Qeyd edək ki, bu gündən başlayaraq avqustun 27-nə qədər Türkiyənin İzmir şəhərində 86-cı Beynəlxalq Çoxşaxəli Yarmarka keçiriləcək. Rusiya bu tədbirdə tərəfdaş-ölkə qismində çıxış edir.
“Rusiya-Türkiyə tərəfdaşlığının ticari-iqtisadi sferada yeni mərhələsi” mövzusunda keçirilən plenar sessiyaya qatılmış N.Zeybekçi deyib ki, Türkiyə Avropa İttifaqı ilə imzalanmış gömrük razılaşmasını pozmamaq şərti ilə AİB-lə oxşar razılaşma imzalamağı təklif edir: “Türkiyə həm də AİB-lə əməkdaşlığı inkişaf etdirmək istəyir”.
Onun sözlərinə görə, ötən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 30% artıb və “bu hələ başlanğıcdır”: “Əməkdaşlıq üçün çoxlu sahələr var. Xüsusilə neft-kimya, kənd təsərrüfatı və digər sahələrdə böyük potensial mövcuddur. Rusiya və Türkiyə arasında azad ticarətə dair razılaşma tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsinə səbəb olacaq. Bu razılaşma həmçinin invesitisiya qoyuluşunu da nəzərdə tutur”.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Türkiyə Rusiya ilə azad ticarətə keçmək istəyir
Tarix: 18.08.17 [16:22]
Oxunub: 68