Rusiyanın aşağıbüdcəli “Pobeda” aviaşirkəti Rostov-Don şəhərindən Bakıya bərpasını planlaşdırdığı aviauçuşları təxirə salıb.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu şəhərdən Bakıya uçuşlar 2017-ci ilin qış cədvəlində yer almayıb.
Məsələ ilə bağlı şirkətin mətbuat katibi Yelena Selivanova bildirib ki, Azərbaycan paytaxtı Bakının hava limanının tarifləri çox yüksək olduğundan “Pobeda” Bakıya reyslərin bərpasını planlaşdırmır.
“Rostov-Dondan Bakıya reyslərin yerinə yetirilməsi üçün “Pobeda” qiymətlərin dəyərini də artırmalı olacaqdı”, – Y.Selivanova əlavə edib.
“Pobeda” şirkəti Rostov-Dondan Bakıya uçuşları 2016-cı il 30 oktyabrdan yerinə yetirməyə başlamışdı. Bu reys rostovlular arasında böyük rəğbət qazanmışdı. Lakin yayda kurort istiqamətlərə uçuşların yerinə yetirilməsi ilə əlaqədar reyslər dayandırılmışdı.
Hazırda şirkətin qış cədvəlində Rostov-Dondan Mosvka (“Vnukovo”), Sankt-Peterburq və Tbilisiyə uçuşlar qeyd edilib.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
“Pobeda” aviaşirkəti Bakıya aviareysləri bərpa etməyəcək
Tarix: 18.08.17 [12:33]
Oxunub: 86