ABŞ-da xam neft hasilatının iki ilin ən yüksək səviyyəsinə qalxması və Çində neft emalının azalması ilə əlaqədar olaraq neft qiymətləri düşüb.

“Marja” xəbər verir ki, neft Nyu-Yorkda bu həftə 3.7 faiz ucuzlaşıb.

ABŞ-ın neft istehsalı, İyun ayından bəri görülən ən güclü həftəlik artımını qeyd edib. Çində neft emalında İyulda üç ilin ən kəskin azalması baş verib.
Bakı vaxtı ilə saat 09:00-da WTI nefti 47.04 dollardan, Brent nefti isə 50.96 dollardan alıcı tapıb.