“Kiberməkanda qarşıdurma texnoloji üstünlüyün nümayişindən dağıdıcı məqsədlər güdən fəaliyyət mərhələsinə keçib”.
İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O bildirib ki, informasiya məkanında vəziyyətin inkişafının təhlili bu sahədə qarşıdurmanın destruktiv məqsədlərlə sistemli informasion təsirə keçdiyini göstərib.
N. Patruşevin fikrincə, başqa dövlətlərin proqram təminatının və digər kompüter texnologiyalarının geniş tətbiqi ölkənin informasiya təhlükəsizliyini təhdid altında qoyur: “Xarici informasiya texnologiyalarının, proqramların, telekommunikasiya avadanlıqlarının istifadəsi informasiya sızıntısı üçün əsas yaradır, informasiya təhlükəsizliyinin səviyyəsini texnoloji proseslərin dayanması təhlükəsinə qədər aşağı salır və hakimiyyət orqanlarının infrastrukturunun kənardan bloklanmasa şərait yaradır”.
TŞ katibi qeyd edib ki, 2017-ci ilin may-iyununda Rusiya informasiya resurslarına genişmiqyaslı hücumlar xarici proqram təminatının pozucu potensialını nümayiş etdirib.