Norveçin təbii qaz ixracı üzrə gəlirləri bu ilin iyul ayında 22,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ölkə bu ilin iyul ayında qaz ixracından təxminən 13,2 milyard Norveç kronu qazanıb. Bu, keçən ilin iyul ayına nisbətən 2,4 milyard kron artım deməkdir.
İyulda ölkənin xam neft ixracı üzrə gəlirləri 2016-cı ilin eyni ayına nisbətdə 9,6 faiz azalaraq 14,8 milyard Norveç kronu olub. Ümumilikdə, xam neft və təbii qaz ixracının dəyəri 28 milyard Norveç kronu təşkil edib.
Norveç Avropanın ən böyük neft istehsalçısıdır. Ölkə Rusiya və Qətərdən sonra dünyanın ən böyük təbii qaz ixracatçısıdır.