Bu ilin I yarısında Azərbaycanda 25 min iş yeri bağlanılıb.
Bağlanan iş yerlərinin 76,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bu iş yerlərinin 64,7 faizi fərdi sahibkarlıq subyektlərinə aid olub. İş yerlərinin 4 minə yaxını müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması ilə bağlıdır. Deyilən dövrdə 4850 nəfər ixtisarlar ilə əlaqədar iş yerini itirib.
Eyni zamanda, Dövlət Statistika Komitəsi bu dövrdə 174 min yeni iş yerinin açıldığını bildirir. Bunların 119,3 mini daimi kimi göstərilir.
Bir çox ekspertlər DSK belə məlumatlarına şübhə bəsləyrlər. Onlar deyirlər ki, son illər bir qayda olaraq Azərbaycanda bağalanan iş yerlərinin sayı azaldılır, yeni açılan iş yerləri ilə bağlı statistika isə şişirdilir.
marja.az