Maşın alverçiləri Bakıda avtomobili daha ucuza almaq üçün ağla gəlməyən fırıldağa əl atdılar. Onların bu fırıldağını Elgün Məsimov ifşa edib. Alverçilərin şeytanın ağlına gəlməyən fırıldağının qurbanı olmaq istəmirsizsə bu xəbəri diqqətlə izləyin.
Paytaxt sakini Elgün Mənsimov və Rauf Məmmədov öz maşınlarını satmaq istəyərkən maşın alverçilərinin fırıldağı ilə qarşılaşıblar.
Onlar maşını satmaq üçün internetdə elan yerləşdiriblər. Bir neçə dəqiqədən sonra gələn zənglərlə özlərini alverçi deyilik deyə təqdim edən şəxslər maşının qiymətini aşağı salmaq üçün özlərinə məxsus fırıldağa əl atıblar. Maşının içərisinə minib düşəndən sonra həmin ana qədər işlək vəziyyətdə olan kondisioner və lükün işləmədiyini deyiblər.
Buna bənzər hadisə ilə bir neçə günlük fərqlə Elgün Mənsimovun qaynı Rauf Məmmədov da qarşılaşıb.
Maraqlısı isə budur ki, vətəndaşlar belə şəxsləri elə həmin an ifşa etsələr onlar barəsində qanunveriçilikdə hansı cəza nəzərdə tutulur? Hüquqşünas Asif Abdullayev bildirir ki, belə şəxslər bir neçə maddə ilə məsuliyyət daşıyırlar.
Onu da qeyd edək ki, maşın alverçilərinin belə addımları insanlar tez-tez rastlaşır. Buna görə onların qurduqları oyuna düşməmək üçün maşın satan şəxslərin daha diqqətli olmalıdrlar. Bunun üçün avtomobilə bir nəfərdən artqı şəxsin yaxınlaşmasına şərait yaratmamalı və onun hər hansı bir detalı yoxladığı zaman hərəkətinə diqqət etməlidir. Çünki dəllaların etdiyi müdaxilə sövdələşmə baş tutmadıqdan sonra avtomobildə daha böyük problemlərə yol aça bilər.