2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən musavat.com-a verilən məlumata görə, müqayisə olunan dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3% artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8% azalıb.