2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xidmət sahəsinə daxil olan müəssisələrdə istehsalatda bədbəxt hadisələr nəticəsində 15 nəfər həlak olub.
AHİK-dən Trend-ə verilən məlumata gorə, bədbəxt hadisələrin əksəriyyəti neft sənayesində baş verib.
Qeyd olunur ki, hazırda istehsalatda bədbəxt hadisələrlə bağlı araşdırmalar aparılır.