İqtisadi problemlər yaşayan Toshiba, çıxış yolunu zavodlarını satmaqda tapıb.

Marja” xəbər verir ki, 3.4 milyard dollar zərər edən şirkətin məişət əşyası vahidini “Midea” satın alarkən, TV bölməsini “Vestel” və əməliyyat sistemləri bölməsinə isə  “Apple” və “Amazon” tərəfdaşlığı almaq istəyir.

 3.4 MİLYARD DOLLAR ZƏRƏR AÇIQLAYIB

Toshiba, ABŞ-dakı nüvə stansiyasını illərdir mənfəətə keçirə bilmədiyi üçün böyük bir maliyyə yükünün altına gərməkdən xilas ola bilmədi. Yaxın dövrə qədər xüsusilə televiziya və kompüterdə dünya nəhəngi olan Toshiba, 2015-ci ildə baş verən mühasibat qalmaqalında da yaralandı.  Yapon şirkətinin qazanclarının 6 il ərzində şişirdildiyinin ortaya çıxması ilə baş verən qalmaqalın ardından, bir il yarım ərzində Toshiba-nın zərəri 3.4 milyard dollara çatdı  və şirkətin İcraçı direktoru istefa verdi. Beləliklə, ABŞ-dakı “Westinghouse” nüvə stansiyasından da ən azı 6.3 milyard dollar zərər gözlədiyini açıqlayan Toshiba, zavodlarını bir-bir satmaq məcburiyyətində qaldı.