Rusiyada 200 və 2000 rubl dəyərində yeni banknotlar bu ilin oktyabr ayında dövriyyəyə buraxılacaq. Fins.az-ın Rusiya Mərkəzi Bankının məlumatına istinadən verdiyi xəbərə görə, əskinazların son dizaynı iyul ayında təsdiqlənəcək.
Yeni pul nişanlarının üzərindəki simvollar milli müsabiqə köməyi ilə seçilib. Nəticədə, 200 rubl banknotunun üzərində Sevastopolun simvolları, 2000-likdə isə Uzaq Şərqin məşhur yerləri təsvir ediləcək.
Yeni əskinazlara tələb vətəndaşların hesablamalarını sadələşdirmək üçün yaranıb. Bu rusların nağd ödənişlərinin böyük hissəsi 100-500 və 1000-5000 rubl arasında dəyişdiyi ilə bağlıdır.