Neft bazarı, OPEC-in hasilatın azaldılması müqaviləsinə şübhəli bir şəkildə baxarkən, Goldman Sachs Group Inc, OPEC qrupunun bəzi problemlərlə qarşı-qarşıya olduğu barədə xəbərdarlıq edib.
Goldman Sachs hesabatında, hasilatın azaldılması müqaviləsi başa çatdıqdan sonra OPEC-in bazar payını qorumaq və gəlir artımını təmin etmək sınağı ilə qarşı-qarşıya qalacağını bildirib.

Hesabatda əlavə olaraq, istehsalın azaldılması müqaviləsinin neft ehtiyatlarını azaltmaq məqsədinə çatması və ABŞ-da hasilatın nəzarətsiz artımasının qarşısını alması üçün qısamüddətli müqavilə qiymətlərinin uzunmüddətli müqavilə qiymətlərindən yüksək olması lazım olduğu ifadə edilib.