Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan“PAŞA Həyat sığorta” şirkəti “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin banka olan 44094manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən ödənilib.

 

Qeyd edək ki, “PAŞA Həyat”tərəfindəncari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 6 sığorta hadisəsinə görə ümumilikdə 125572 manat həcmində sığorta ödənişi verilib.