Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hesabatların təhrif edilməsi ilə bağlı sığorta şirkətlərinə ciddi xəbərdarlıq edib. Palatadan fins.az-a verilən məlumata görə, bəzi sığorta şirkətlərinin təhrif edilmiş hesabatlar verməsi faktı aşkarlanıb. MBNP sektorda şəffaflığı təmin etmək, maliyyə dayanıqlığını gücləndirmək və istehlakçıların hüquqlarını qorumaq üçün nəzarət tədbirlərini gücləndirib və şirkətlər tərəfindən qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq.

Palatadan bildirilib ki, sığorta şirkətləri bunu nəzərə alaraq hesabatların MBNP-yə təqdimatı zamanı diqqətli olmalıdırlar: “Hər hansı təhrifetmə faktı aşkarlanarsa, həmin sığorta şirkətinə qarşı ciddi sanksiyalar tətbiq ediləcək”.

Eləcə də bax:

Qeyd edək ki, bir neçə gün əvvəl MBNP “Rəvan Sığorta”da təhrif edilmiş hesabatların təqdim edilməsi faktını aşkar etmişdi. Bununla bağlı şirkətin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş – təqdimat verilib.