Artıq iqtisadi durğunluğun ilkin təsirləri sığorta bazarında hiss edilməyə başlayıb. Sığorta şirkətlərindən əldə edilən məlumat əsasında bildirir ki, bu ilin yanvar ayında sığorta bazarında ilk dəfə azalma müşahidə olunur. 21 sığorta şirkətindən 20-si üzrə ümumi yığımların həcmi 5% azalaraq 70,713 milyon manat təşkil edib. Halbuki, ötən ilin yanvar ayında 20 şirkət üzrə yığımlar 74,473 milyon manat olmuşdu.  Ümumilikdə 20 sığorta şirkətindən 11-də sığorta yığımlarının həcmi  düşüb. Ən böyük azalma  isə fəaliyyətini dayandırmaq qərarına gələn “Başak İnam Sığorta” şirkətində müşahidə edilir. İlin ilk ayında sığorta şirkətinin yığım portfeli 3,5 dəfə kiçilib. Yanvar ayı üzrə ən böyük artım dinamikası isə “Azərsığorta” şirkətində hiss edilib. Şirkət bu ilin yanvar ayında ötən ilin eyni dövründən 3 dəfə artıq sığorta haqqı toplaya bilib. Sığorta şirkətləri üzrə ümumi yığım dinamikası belədir:

Fins.az