“Sığorta sektorunda daxili nəzarət sistemlərini elə qurmaq istəyirik ki, sığorta istehlakçılarının marağına xələl gətirməsin”. Bunu  açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirdi.

Onun sözlərinə görə, xüsusilə də icbari sığorta növlərində bu məsələyə daha ciddi diqqət yetiriləcək.

“Məsələn, qanuna əsasən, müştəri avtomobilini icbari sığortalayırsa o əmin olmalıdır ki, hadisə baş verəndə sığorta polisi işləyəcək. Bundan ötrü müqavilələr əsaslı şəkildə hazırlanmalı və işlək formada olmalıdır: “Biz bu sahədə elektron qeydiyyat sistemini, elektron hesablaşmanı və sistemdə onun uçotunun aparılmasını təmin etməyi qarşımıza məqsəd qoymuşuq”.

R.Aslanlı sığorta şirkətlərinin investisiya siyasətlərinə dair yeni qaydalara ehtiyac yarandğını vurğulayb.

Fins.az