Amerikalı dizayner özünün yaşaması üçün 29,7 kvadratmetr sahəyə malik ev düzəldib.

“Novate.ru” saytı bildirir ki, evin əsasını köhnə dəniz konteyneri təşkil edib.

Kiçik evin küncündə ikiyataqlı çarpayı və şkaf yerləşdirilib. Evin mərkəzi hissəsində 2 kreslo, onunla üzbəüz isə elektrik qızdırıcısı qoyulub.

Mətbəxdə isə soyuducu, mikrodalğalı soba, qabyuyan maşın var.

ABŞ-ın Kolorado ştatındakı konteyner-evin qiyməti 62 min dollardır.

azərtac